Ev Hərbi Texnologiya“Hər təyyarə əvəzolunmazdır”: Tu-22M3-lərlə bağlı xəbərdarlıq

“Hər təyyarə əvəzolunmazdır”: Tu-22M3-lərlə bağlı xəbərdarlıq

by Baş Redaktor
13 Baxış

Amerikalı hərbi analitik platforma “The War Zone” Rusiya Hərbi Hava Qüvvələrində mövcud olan Tupolev Tu-22M3 bombardmançılarının sayına dair yeni qiymətləndirmə yayıb.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, hazırda Rusiyanın aktiv xidmətində təxminən 50 ədəd Tu-22M3 təyyarəsinin olduğu bildirilir. Nəşr qeyd edir ki, bəzi istismardan çıxarılan və ya nasaz vəziyyətdə olan təyyarələr əsaslı təmirdən sonra yenidən istifadəyə qaytarıla bilər.

Hesabatda vurğulanır ki, Tu-22M3 istehsalı onilliklər əvvəl dayandırıldığından hər bir mövcud təyyarə strateji baxımdan xüsusi əhəmiyyət daşıyır.

banner

Eyni zamanda digər hərbi nəşrlər də oxşar qənaətə gəlib ki, həm Rusiya, həm də ABŞ tərəfindən itirilən bu tip bombardmançılar — o cümlədən B-52 Stratofortress — asanlıqla əvəz oluna bilən platformalar deyil.

Əlaqəli Yazılar Xüsusi