Ev Hərbi XəbərlərYeni nəsil dron müdafiəsi: Finlandiyada şirkətlər yarışdı

Yeni nəsil dron müdafiəsi: Finlandiyada şirkətlər yarışdı

by Baş Redaktor
10 Baxış

Finlandiyada müxtəlif şirkətlər tərəfindən hazırlanan önləyici Pilotsuz Uçuş Aparatlarının (PUA) nümayişi ölkənin Silahlı Qüvvələri üçün təşkil olunub.

Army.az xəbər verir ki, Finlandiya ordusunun məlumatına görə, həftə ərzində PUA-lara qarşı mübarizə imkanlarının sınaqdan keçirilməsi məqsədilə xüsusi tədbir keçirilib.

Nümayiş zamanı şirkətlər öz texnoloji həllərini təqdim edərək anti-dron sahəsindəki imkanlarını göstəriblər.

Tədbirdə iştirak edən şirkətlərin tam siyahısı açıqlanmayıb. Həmçinin Ukrayna istehsalçılarının bu sınaqlarda yer alıb-almaması barədə də rəsmi məlumat verilməyib.

banner

Finlandiya hərbçiləri nümayiş çərçivəsində iki fərqli önləyici PUA-nı da təqdim ediblər. Onlardan biri Avropanın Destinus şirkətinə məxsus “Hornet Block 1” modeli olub və sınaqdan keçirilib.

Əlaqəli Yazılar Xüsusi