Ev Hərbi Texnologiya250 min avroluq müsabiqə: NATO hərbi innovatorları axtarır

250 min avroluq müsabiqə: NATO hərbi innovatorları axtarır

by Baş Redaktor
25 Baxış

Ukrayna və NATO Rusiyanın hərbi aerodromlarından istifadəsini məhdudlaşdırmağa yönəlmiş yeni texnologiyaların axtarışı məqsədilə beynəlxalq müsabiqə elan ediblər.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi və NATO məlumat yayıb.

Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Ukraynaya qarşı həyata keçirilən hava hücumlarının əksəriyyəti hərbi aerodromlardan başladığı üçün bu obyektlərin fəaliyyətinin uzunmüddətli məhdudlaşdırılması üçün yeni həll yollarına ehtiyac var.

Buraya təyyarələr, uçuş-eniş zolaqları, yanacaq və sursat anbarları, eləcə də digər yerüstü hərbi obyektlər daxildir.

banner

Layihənin mükafat fondu 250 min avroyadək nəzərdə tutulub.

Əlaqəli Yazılar Xüsusi