Ev Ekspert rəyiİran Trampı necə “aldatdı”? – Keçmiş kəşfiyyatçıdan sensasion iddia

İran Trampı necə “aldatdı”? – Keçmiş kəşfiyyatçıdan sensasion iddia

by Baş Redaktor
39 Baxış

İran ABŞ Prezidenti Donald Trampı “eqo tələsinə” salıb və bu, Vaşinqtonun vəziyyəti daha da gərginləşdirməsinə səbəb ola bilər.

Army.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş hərbi kəşfiyyat zabiti Maykl Precent məlumat verib.

Onun sözlərinə görə, İran tərəfi anlaşma memorandumunun imzalanması prosesində ABŞ Prezidenti Donald Trampı və vitse-prezidenti aldadıb. Precent qeyd edib ki, razılaşmanın müddəaları Tehrana ciddi güzəştlər vəd edirdi. Belə ki, ABŞ İran limanlarına tətbiq olunan blokadanı aradan qaldırmağa, neft ixracı da daxil olmaqla sanksiyaları dayandırmağa, təxminən 110 milyard dollar dondurulmuş aktivin və 300 milyard dollarlıq bərpa fondunun açılmasına razılaşmışdı.

Lakin ekspertin fikrincə, Tehrandakı sərt xətt tərəfdarları Hörmüz boğazı üzərində nəzarəti itirmək istəmədikləri üçün razılaşmanın qarşısını alıblar.

banner

Precent bildirib ki, nəticədə Trampın ictimaiyyət qarşısında “gülüş hədəfinə” çevrilməsi ABŞ prezidentinin reaksiyasını sərtləşdirə bilər. Onun sözlərinə görə, Tramp təzyiq və alçaldılma hiss etdikdə tez-tez impulsiv qərarlar verir.

Ekspert Vaşinqtonda İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi, strateji əhəmiyyətli adaların quru qoşunları tərəfindən ələ keçirilməsi və Fars körfəzində ABŞ-ın ərazi nəzarətinin gücləndirilməsi kimi variantların müzakirə olunduğunu iddia edib.

Əlaqəli Yazılar Xüsusi