“Avropa İttifaqının iranlıların insan haqları ilə bağlı narahatlığını açıq-aşkar riyakarlıqdır”.
Army.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
O, Avropanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın İranla bağlı insan haqları açıqlamalarını tənqid edib:
“İnsan haqlarına sadiqlik iddiası İran xalqına qarşı həyata keçirilən və mülki şəxsləri, eləcə də ölkənin mühüm milli infrastrukturunu qəsdən hədəfə alan ölümcül hücumlara logistika və texniki dəstək göstərilməsi ilə necə bu qədər asanlıqla uzlaşdırıla bilər?”
O qeyd edib ki, Aİ ən açıq-aşkar müharibə cinayətlərini belə pisləməkdən imtina edir və ABŞ-İsrail bombaları və raketləri ilə öldürülən iranlı uşaqlara görə heç bir təəssüf ifadə etmir.
