Rusiyanın “Zolotaya Korona” ödəniş sistemi Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 21-ci sanksiyalar paketindən sonra Azərbaycan, Gürcüstan, Ermənistan və bir sıra digər ölkələrə pul köçürmələrini dayandırıb.
Army.az xəbər verir ki, bu barədə məlumat sistemin rəsmi saytında yerləşdirilən məlumatlardan məlum olub.
Bildirilib ki, Rusiyadan onlayn pul köçürmələrinin mümkün olduğu ölkələr siyahısında hazırda yalnız Özbəkistan, Türkiyə və Qırğızıstan yer alır.
Qeyd edək ki, Aİ-nin 21-ci sanksiyalar paketi “Zolotaya Korona” sisteminin operatoru olan RNKO “Payment Center” (“Ödəniş Mərkəzi”) təşkilatına da şamil edilib.
