Ev DünyaTehranda mühüm layihə müzakirəsi: İran, Ermənistan, Gürcüstan və Rusiya bu sahədə birləşir

Tehranda mühüm layihə müzakirəsi: İran, Ermənistan, Gürcüstan və Rusiya bu sahədə birləşir

by Baş Redaktor
40 Baxış

Tehranda səfərdə olan Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Xudatyan İranın energetika naziri Əliabadi ilə görüşüb.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.

Görüş zamanı 12 ildir davam edən üçüncü elektrik ötürücü xəttinin tikintisi layihəsinin sürətləndirilməsi və başa çatdırılması üçün əməkdaşlığın vacibliyi vurğulanıb.

Bundan əlavə, İran–Ermənistan–Gürcüstan–Rusiya marşrutu üzrə elektrik enerjisi dəhlizlərinin yaradılması məsələsi müzakirə olunub.

banner

İranın energetika naziri bildirib ki, İranın elektrik şəbəkəsinin şimal ölkələri ilə birləşdirilməsi Tehran üçün mühüm layihələrdən biridir və Ermənistan bu marşrutun əsas həlqələrindən sayılır.

Onun sözlərinə görə, bu təşəbbüsdə Ermənistandan başqa digər ölkələr də iştirak edir və İran, Ermənistan, Gürcüstan və Rusiyanın elektrik şəbəkələrinin birləşdirilməsi layihəsinin həyata keçirilməsi imkanları nəzərdən keçirilir.

Əlaqəli Yazılar Xüsusi