Səudiyyə Ərəbistanının hava məkanı hərbi təyinatlı pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Army.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadən “Əl Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, pilotsuz uçuş aparatları İraq istiqamətindən Səudiyyə Ərəbistanının hava məkanına daxil olub. Hava hücumundan müdafiə qüvvələri operativ müdaxilə edərək bütün hədəfləri uğurla məhv edib.
Nazirliyin açıqlamasına əsasən, hücumun əsas məqsədi ölkənin şərq bölgəsində yerləşən strateji neft obyektlərini vurmaq olub.
