İran Dövlət Televiziyası və Radiosu Universitetinin rektoru Şahab İsfəndiyari dövlət televiziyasında Prezident Məsud Pezeşkianın çıxışının bir hissəsinin efirdən çıxarılması ilə bağlı tənqidlərə münasibət bildirib.
Army.az-ın məlumatına görə, o, “Raja News”a müsahibəsində deyib ki, mübahisə doğuran ifadə Əli Xamenei ilə keçirilmiş qapalı görüşdən sitat idi və mövcud qaydalara əsasən, Ali Rəhbərin şəxsi görüşlərindən gətirilən sitatlar onun ofisinin təsdiqi olmadan yayımlana bilməz.
İsfəndiyari əlavə edib ki, Məhəmməd Bağır Qalibafın müsahibəsindən əvvəlcə iki dəqiqənin çıxarılması təklif edilsə də, müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə keçirilən iclasdan sonra yekunda müsahibənin 18 dəqiqəsinin efirdən kəsilməsi barədə qərar qəbul olunub.