Ev Hərbi XəbərlərTehran: Hörmüz boğazının təhlükəsizliyinə yalnız biz cavabdehik

Tehran: Hörmüz boğazının təhlükəsizliyinə yalnız biz cavabdehik

by Baş Redaktor
18 Baxış

Omanın Hörmüz boğazının cənub marşrutunun minalardan təmizlənməsi ilə bağlı irəli sürdüyü təklif İran tərəfindən qəbul edilməyib.

Army.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi dövlət televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Oman boğazın cənub hissəsinin minalardan təmizlənməsi üçün üçüncü ölkənin prosesə cəlb olunmasını təklif edib. Lakin Tehran bu təşəbbüsü qəbul etməyib.

Qəribabadi bildirib ki, İslamabad Memorandumunun 5-ci bəndinə əsasən, Hörmüz boğazının minalardan təmizlənməsi və təhlükəsizliyinin təmin olunması ilə bağlı bütün məsuliyyət İrana məxsusdur.

banner

“Dostumuz Oman üçüncü ölkənin cənub marşrutunun minalardan təmizlənməsi prosesinə cəlb edilməsini təklif etsə də, biz buna razılıq vermədik. Çünki memorandumun müddəalarına əsasən, bu məsuliyyət yalnız İranın üzərinə düşür”, – deyə nazir müavini vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi