Ev Hərbi XəbərlərPolşadan diqqətçəkən təklif: “Patriot” zavodu ölkəmizdə qurulsun

Polşadan diqqətçəkən təklif: “Patriot” zavodu ölkəmizdə qurulsun

by Baş Redaktor
17 Baxış

ABŞ-ın razılığı ilə Ukrayna üçün nəzərdə tutulan “Patriot” raketlərinin istehsalının Polşa ərazisində təşkil edilməsi məsələsi müzakirə olunur.

Army.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış açıqlama verib.

Nazirin sözlərinə görə, davam edən müharibə şəraitində belə strateji istehsal müəssisəsinin Ukraynada qurulması ciddi təhlükəsizlik riskləri yaradır.

O bildirib ki, ən məqsədəuyğun variant zavodun Polşada fəaliyyət göstərməsidir. Kosinyak-Kamışın fikrincə, layihə Polşa və Ukraynanın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilməlidir.

banner

Əlaqəli Yazılar Xüsusi