Türkiyə NATO-nun Baltik hava məkanının mühafizəsi missiyası çərçivəsində Estoniyaya beş ədəd F-16 qırıcı təyyarəsi göndərib.
Army.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 1-dən noyabrın 30-dək davam edəcək missiyada iştirak edəcək təyyarələr və hərbi heyət artıq Estoniyanın Amari hərbi aviabazasına yerləşdirilib.Məlumata əsasən, Türkiyə bu missiyanı Portuqaliyadan təhvil alacaq. Bununla bağlı rəsmi təhvil-təslim mərasiminin iyulun 31-də keçirilməsi planlaşdırılır.