Ev DünyaABŞ: İran əvvəlcə atəşkəsə razılıq verməlidir

ABŞ: İran əvvəlcə atəşkəsə razılıq verməlidir

by Baş Redaktor
18 Baxış

ABŞ Prezidenti Donald Tramp İranla sülh danışıqlarına başlamağa hazırdır, lakin bunun üçün Tehran ilk olaraq atəşkəsə razılıq verməlidir.

Army.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Vaşinqton hesab edir ki, istənilən sülh danışıqlarının başlanğıc nöqtəsi atəşkəs olmalıdır və bu istiqamətdə ilk addımı İran atmalıdır.

“İstənilən danışıqların əsası atəşkəsdir və ilk addımı İran atmalıdır”, – deyə ABŞ rəsmisi bildirib.

banner

O əlavə edib ki, Donald Tramp razılaşmanın mümkün qədər tez əldə olunmasını istəyir.

Bununla yanaşı, mənbə xəbərdarlıq edib ki, İran Fars körfəzində gəmilərə, ABŞ hərbi bazalarına və Vaşinqtonun regional müttəfiqlərinə hücumları davam etdirəcəyi təqdirdə bunun nəticələri ilə üzləşəcək.

Əlaqəli Yazılar Xüsusi