Ukrayna Silahlı Qüvvələrinin hücum alaylarına yeni şəxsi heyətin qəbulu müvəqqəti dayandırılıb.
Army.az xəbər verir ki, bu barədə “Ukrainska Pravda” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, bu, ali hərbi komandanlığın hücum alaylarının şəxsi heyətlə komplektləşdirilməsini məhdudlaşdıran ilk qərarıdır.
Məlumata əsasən, hücum alaylarında yeni baş komandan Mixail Drapatının bu bölmələrin ləğvi və ya yenidən təşkili istiqamətində addımlar ata biləcəyi ilə bağlı narahatlıq yaranıb.
