Ukrayna ordusu Rusiya ərazisinin dərinliklərində yerləşən logistika mərkəzləri və neft infrastrukturuna uzaqmənzilli zərbələr endirib.
Army.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Onun sözlərinə görə, zərbələr cəbhə xəttindən 500 kilometrlə təxminən 1300 kilometr aralıda yerləşən Sarapul, Kazan və Volqoqraddakı üç logistika mərkəzinə endirilib:
“Hücumlar nəticəsində Krasnodar diyarındakı dəniz terminalı, Volqoqrad vilayətindəki neft emalı zavodu, eləcə də Azov dənizinin akvatoriyasında yerləşən hədəflər də vurulub”.
Prezident zərbələrin nəticələri və obyektlərə dəyən ziyanın miqyası barədə əlavə məlumat verməyib.
