Ev DünyaRubio: Hörmüz boğazı ilə bağlı danışıqlarda irəliləyiş var

Rubio: Hörmüz boğazı ilə bağlı danışıqlarda irəliləyiş var

by Baş Redaktor
10 Baxış

ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Hörmüz boğazında gəmiçiliyin normal fəaliyyətinin bərpası ilə bağlı aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunub. Bununla belə, tərəflər arasında hələ yekun razılıq formalaşmayıb.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.

Rubionun sözlərinə görə, müzakirələr müsbət istiqamətdə davam etsə də, proses hələ son mərhələyə çatmayıb. O, yaxın vaxtlarda bu məsələnin tam həllini tapacağına ümid etdiyini ifadə edib.

Dövlət katibi əlavə edib ki, İran və Omanla keçirilən məsləhətləşmələrin əsas məqsədi Hörmüz boğazından daha çox ticarət gəmisinin təhlükəsiz və maneəsiz keçidini mümkün etməkdir.

banner

Əlaqəli Yazılar Xüsusi