Ukraynada bəzi mənbələr İranın yaxın 48 saat ərzində ölkə ərazisinə üç ballistik raket buraxa biləcəyi ilə bağlı iddialar səsləndiriblər.
Army.az xəbər verir ki, bu barədə “İnsayder” teleqram kanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu iddia Ukrayna teleqram kanallarında yayılan informasiyalara əsaslanır və hazırda bununla bağlı heç bir rəsmi təsdiq mövcud deyil.
Paylaşımda, həmçinin, İranın orta mənzilli Khorramshahr ballistik raketinin ehtimal olunan zərbə radiusunu əks etdirən xəritə də təqdim olunub. İddialara görə, bu raket Ukraynanın qərbində Polşa ilə həmsərhəd bölgələr istisna olmaqla, ölkənin böyük hissəsini hədəfə ala bilər.
