Ev DünyaLavrovdan Britaniyaya sərt mesaj: “Onlara heyfim gəlir”

Lavrovdan Britaniyaya sərt mesaj: “Onlara heyfim gəlir”

by Baş Redaktor
54 Baxış

Rusiya xarici işlər naziri Sergey Lavrov Böyük Britaniyanın Ukraynaya dəstək siyasətini şərh edərək Londonun mövqeyinə görə təəssüfləndiyini bildirib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Lavrov müsahibəsində Britaniya rəhbərliyinin Ukrayna məsələsində Kiyevin yanında “sona qədər” qalacağını bəyan etməsinə diqqət çəkib. Rusiyalı diplomat bu ifadəni Ukraynanın gələcəyi ilə bağlı mənfi proqnozu ilə əlaqələndirib.

“Ukraynanın sonu sevindirici olmayacaqsa, Britaniyaya heyfim gəlir”, – Lavrov deyib.

banner

Qeyd edək ki, Britaniyanın baş naziri Endi Börnham parlamentdəki ilk çıxışında Ukrayna böhranı ilə bağlı sələfi Kir Starmerin siyasətini davam etdirəcəyini açıqlamışdı.

Əlaqəli Yazılar Xüsusi