Ev Hərbi XəbərlərSaratovda neft zavodu yenidən hədəfə alındı – 10 yaralı var

Saratovda neft zavodu yenidən hədəfə alındı – 10 yaralı var

by Baş Redaktor
50 Baxış

Rusiyanın Saratov şəhərində gecə saatlarında PUA hücumu baş verib. Yerli məlumatlara və açıq mənbələrdə yayılan görüntülərin təhlilinə əsasən, hücumun ehtimal olunan hədəflərindən biri Saratov Neft Emalı Zavodu olub.

Army.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Rusiya rəsmiləri zavoda birbaşa zərbə endirildiyini təsdiqləməsələr də, Saratov vilayətinin qubernatoru Roman Busargin hücum nəticəsində şəhərdə bir neçə yaşayış binasına və mülki infrastruktura ziyan dəydiyini açıqlayıb.

Onun sözlərinə görə, hadisə nəticəsində 10 nəfər yaralanıb. Xəsarət alanlar arasında üç uşağın olduğu, altı nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib. Yaralıların həyatı üçün təhlükə olmadığı qeyd olunur. 

banner

Əlaqəli Yazılar Xüsusi