Ev DünyaZelenski açıqladı: “Kompromisə hazırıq, amma…”

Zelenski açıqladı: “Kompromisə hazırıq, amma…”

by Baş Redaktor
36 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Moskva ilə bəzi məsələlər üzrə qarşılıqlı razılaşmaların mümkün olduğunu bildirib. O, xüsusilə taxıl ixracı və enerji sahəsində kompromis variantlarının nəzərdən keçirilməsinə hazır olduqlarını deyib.

Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Zelenskinin sözlərinə görə, bu iki məsələ yalnız Ukrayna və Rusiya üçün deyil, qlobal ərzaq və enerji bazarları baxımından da mühüm əhəmiyyət daşıyır. O, Hindistan, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir və Asiyanın digər ölkələrinin də bu məsələlərdə maraqlı olduğunu vurğulayıb.

Ukrayna lideri mümkün razılaşmanın yalnız Kiyevin üzərinə düşən öhdəliklər hesabına əldə edilməsinin qəbuledilməz olduğunu qeyd edib.

banner

Zelenski bildirib ki, vəziyyətin dəyişməsi üçün həm Ukrayna, həm də Rusiya paralel şəkildə konkret addımlar atmalıdır. Onun fikrincə, indiyədək Ukrayna kifayət qədər güzəştlərə gedib və bundan sonra yalnız Kiyevdən yeni güzəştlər tələb etmək düzgün yanaşma deyil.

Əlaqəli Yazılar Xüsusi