Ev Hərbi Xəbərlərİranın gizli raket ehtiyatı üzə çıxdı – 400-ə yaxın raket qalıb?

İranın gizli raket ehtiyatı üzə çıxdı – 400-ə yaxın raket qalıb?

by Baş Redaktor
63 Baxış

İranın ABŞ ilə intensiv hərbi qarşıdurmanı daha bir neçə həftə davam etdirməyə imkan verən yüzlərlə ballistik və gəmiəleyhinə raketə sahib olduğu iddia edilir.

Army.az xəbər verir ki, “İzvestiya” bu barədə hərbi ekspert Dmitri Kornevin qiymətləndirməsinə istinadən məlumat yayıb.

Kornevin sözlərinə görə, Tehran artıq əvvəllər yalnız sınaq mərhələsində olan bəzi silah sistemlərindən istifadə etməyə başlayıb. O hesab edir ki, İranın müxtəlif tipli ballistik və gəmiəleyhinə raketlərdən ibarət arsenalında hazırda təxminən 200-400 raket qala bilər.

Ekspert bu qənaətə İranın anbar ehtiyatlarının və raketlərin istifadə tempinin təhlili əsasında gəldiyini bildirib. Onun fikrincə, belə bir ehtiyat Tehrana ABŞ-a qarşı zərbələri müəyyən müddət ərzində yüksək intensivliklə davam etdirməyə imkan verə bilər.

banner

Əlaqəli Yazılar Xüsusi