Ev Hərbi Xəbərlərİran yeraltı obyektlərdə ballistik raket istehsalını yenidən başladıb – WSJ

İran yeraltı obyektlərdə ballistik raket istehsalını yenidən başladıb – WSJ

by Baş Redaktor
29 Baxış

ABŞ kəşfiyyatının əldə etdiyi məlumatlara əsasən, İran yeraltı obyektlərdə saxlanılan komponentlərdən yararlanaraq ballistik raketlərin yığılmasını yenidən bərpa edib.

Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrə danışan ABŞ və Yaxın Şərq ölkələrinin rəsmilərinin sözlərinə görə, Tehran əvvəlcədən topladığı komponent ehtiyatlarından istifadə etməklə yeraltı istehsal sahələrində raketlərin hazırlanmasına qayıdıb. Bildirilir ki, bu proses ABŞ və İsrailin müharibənin ilk mərhələsində əldə etdiklərini açıqladığı nəticələrin effektivliyi ilə bağlı suallar yaradır.

Mənbələr qeyd ediblər ki, münaqişənin başlanğıcında İranın raket bazaları və hərbi-sənaye obyektlərinə genişmiqyaslı zərbələr endirilməsinə baxmayaraq, Tehran raket istehsalını tam dayandırmayıb.

banner

Əlaqəli Yazılar Xüsusi