Ermənistan parlamentində KTMT ilə münasibətlər və təşkilatla bağlı mövcud suallar gündəmə gətirilib.
Army.az xəbər verir ki, “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan parlamentdəki çıxışı zamanı hakim “Mülki müqavilə” partiyasına müraciət edərək KTMT ilə bağlı bir sıra məsələlərin aydınlaşdırılmasına ehtiyac olduğunu bildirib.
O qeyd edib ki, sözügedən suallar, xüsusilə də Cermuk və Vardenis istiqamətində baş verən hadisələrlə bağlıdır:
“Əgər KTMT-yə alternativin olduğunu düşünürsünüzsə, bunu təqdim edin”.
