Ev Hərbi XəbərlərAzərbaycanlıların da işlədiyi “Sadovod” bazarı dron hücumundan zərər gördü

Azərbaycanlıların da işlədiyi “Sadovod” bazarı dron hücumundan zərər gördü

by Baş Redaktor
29 Baxış

Moskvaya kütləvi dron hücumu zamanı vurulan pilotsuz uçuş aparatlarından birinin qalıqları “Sadovod” ticarət kompleksinin ərazisinə düşüb.

Army.az xəbər verir ki, hadisə nəticəsində bazardakı binalardan biri zədələnib və ərazidə yanğın başlayıb.

Moskva meri Sergey Sobyanin PUA qalıqlarının “Sadovod”un ərazisinə düşdüyünü təsdiqləyib. “İnterfaks” da ticarət kompleksindəki tikililərdən birinin zərər gördüyünü bildirib.

RBC-nin məlumatına görə, hücum zamanı bir neçə dron Moskva Neft Emalı Zavoduna qədər çatıb. Digər PUA-ların vurulması nəticəsində yaranan qalıqlar isə “Sadovod” bazarının ərazisinə düşüb.

banner

“Financial Times”ın yazdığına görə, yanğın ticarət sıralarına da yayılıb və sahibkarların mallarına ciddi ziyan dəyib. Satıcılar itkilərin milyonlarla rubl təşkil etdiyini bildiriblər.

Qeyd edək ki, “Sadovod” Moskvada azərbaycanlıların da işlədiyi iri topdan və pərakəndə ticarət mərkəzlərindən biridir.

Əlaqəli Yazılar Xüsusi