İran zənginləşdirilmiş uran ehtiyatlarının ölkə hüdudlarından kənara çıxarılmasını qəbul etməyəcək. Tehranın mövqeyinə görə, nüvə materialları Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) monitorinqi altında İran ərazisində qalmalıdır.
Army.az xəbər verir ki, bu barədə İranın Qahirədəki maraqlar bölməsinin rəhbəri Müctəba Firdovsipur açıqlama verib.
Diplomat qeyd edib ki, Tehran Qətər və Pakistan tərəfindən irəli sürülən yeni diplomatik təşəbbüsü nəzərdən keçirir.
Təklif olunan razılaşma İranın uranın zənginləşdirilməsi səviyyəsini 3,67 faiz həddində saxlamaq hüququnun qorunmasını nəzərdə tutur. Bunun qarşılığında isə ölkəyə qarşı tətbiq edilən sanksiyaların müəyyən qədər yüngülləşdirilməsi və dondurulmuş maliyyə vəsaitlərinin bir qisminin sərbəst buraxılması təklif olunur.
