Ev Hərbi XəbərlərQalibafdan ABŞ-a sərt mesaj: 7 şərt qəbul edilməsə, danışıqlar olmayacaq

Qalibafdan ABŞ-a sərt mesaj: 7 şərt qəbul edilməsə, danışıqlar olmayacaq

by Baş Redaktor
53 Baxış

İran ABŞ-ın Tehranın irəli sürdüyü yeddi ilkin şərti qəbul etməyəcəyi təqdirdə regiondakı vəziyyətin nizamlanması ilə bağlı danışıqlara başlamayacaq.

Army.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf çərşənbə axşamı günü bəyan edib.

“İranın yeddi şərti yerinə yetirilməyənə qədər heç bir addım atılmayacaq və danışıqlar aparılmayacaq”, – deyə o bildirib. Qalibafın sözlərini “Tasnim” agentliyi yayıb.

Parlament sədri qarşı tərəfin İrana qarşı yeni təcavüzkar addımlar atacağı təqdirdə Tehranın “döyüş əməliyyatlarının coğrafiyasını genişləndirməyə” hazır olduğunu da vurğulayıb.

banner

Müxtəlif mənbələrin məlumatına görə, İranın şərtləri arasında regionda, o cümlədən Livanda hərbi əməliyyatların tam dayandırılması, sanksiyaların ləğvi, ABŞ-ın dəniz blokadasının aradan qaldırılması, dondurulmuş İran aktivlərinin sərbəst buraxılması və ölkəyə vurulmuş ziyana görə kompensasiya ödənilməsi yer alır.

Əlaqəli Yazılar Xüsusi