ABŞ Səudiyyə Ərəbistanındakı əsas hərbi hava bazasında dronlara qarşı mübarizə üzrə Ukrayna texnologiyalarından istifadə etməyə başlayıb.
Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Söhbət “Sky Map” idarəetmə platformasından gedir. Bu sistem əvvəllər İran dronlarının və raket zərbələrinin qeydə alındığı “Şahzadə Sultan” hava bazasında yerləşdirilib.
Məlumata görə, ukraynalı mütəxəssislər ABŞ hərbçilərini sistemdən istifadə qaydaları üzrə hazırlayır. Bu platforma potensial təhdidləri aşkar etməyə və dronların qarşısının alınmasını koordinasiya etməyə imkan verir.
