41
İsrail “Elbit Systems” şirkətindən əlavə 200 milyon dollarlıq hava sursatı sifariş edib.
Army.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hava sursatlarına İsrail qırıcılarının hücum və müdafiə əməliyyatlarında istifadə etdiyi raketlər və müxtəlif növ bombalar daxildir.
Qeyd edək ki, yanvar ayında da eyni istiqamətdə 183 milyon dollarlıq oxşar müqavilə İsrail Müdafiə Nazirliyi ilə “Elbit Systems” arasında imzalanmışdı.
