Ev DünyaMoskva: “Serbiyaya yanlış şərtlər qoyulur”

Moskva: “Serbiyaya yanlış şərtlər qoyulur”

by Baş Redaktor
35 Baxış

Avropa İttifaqının Serbiyaya irəli sürdüyü tələblər ölkəni Rusiya ilə əməkdaşlıq və Avropaya inteqrasiya arasında seçim qarşısında qoyur.

Army.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, bu tələblər Serbiyanın Rusiya ilə münasibətlərini zəiflətməyə yönəlib: ya Aİ üzvlüyünə doğru irəliləmək, ya da Moskva ilə əlaqələri davam etdirmək.

Peskov qeyd edib ki, Avropa tərəfi şərt kimi Rusiyaya qarşı sanksiyalara qoşulmağı və əlaqələrin məhdudlaşdırılmasını irəli sürür. Onun fikrincə, Rusiya ilə dost münasibətləri saxlayan ölkələr üçün Avropa perspektivlərinin məhdudlaşdırılması gündəmə gətirilir.

banner

O vurğulayıb ki, belə yanaşma düzgün deyil və hər bir ölkə, o cümlədən Serbiya, öz seçimində suveren olmalıdır.

Əlaqəli Yazılar Xüsusi