Ev Dünyaİran iddiaları təkzib etdi: Putinlə görüş keçiriləcək

İran iddiaları təkzib etdi: Putinlə görüş keçiriləcək

by Baş Redaktor
28 Baxış

İran Xəzər sammitinin Rusiya Prezidenti Vladimir Putin ilə İranın ali dini rəhbəri arasında mümkün görüş səbəbilə ləğv edildiyi barədə yayılan iddiaları əsassız adlandırıb.

Army.az xəbər verir ki, bu barədə açıqlamanı İranın Rusiyadakı səfiri Kazım Cəlali verib.

Səfir qeyd edib ki, hazırda təşkilatçılar sammitin təxirə salınmasını gündəmdə saxlamır və tədbirin əvvəlcədən müəyyən olunmuş plana uyğun keçirilməsi gözlənilir.

Diplomat əlavə edib ki, lazımi şərait formalaşarsa, toplantının bu il Tehran şəhərində baş tutması planlaşdırılır.

banner

Əlaqəli Yazılar Xüsusi