ABŞ və İsrailin İranda qarşıya qoyduğu məqsədlər uğursuz olub və onlar indi düşdükləri müharibə bataqlığından çıxmağa çalışırlar.
Army.az xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin nümayəndəsi Rza Talainik bildirib.
“Bu gün bizim hərbi gücümüz dominant qüvvədir və düşmən düşdüyü müharibə bataqlığından ləyaqətlə çıxmağa çalışır. Düşmənin İranın raket və hərbi gücünü sındırmaq məqsədi tamamilə iflasa uğrayıb”, – deyə qeyd edib.
Talainik həmçinin vurğulayıb ki, Hörmüz boğazı İranın “müdrik və güclü nəzarəti” altındadır.
