25
İsrail Müdafiə Qüvvələrinin bir qrup hərbi qulluqçusu bazalardan birində baş verən hadisə zamanı xəsarət alıb.
Army.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti “Telegram” platformasında açıqlama yayıb.
Bildirilir ki, ölkənin cənubunda yerləşən hərbi hissədə qeydə alınan hadisə nəticəsində bir hərbçi ağır, digəri orta ağır vəziyyətdə yaralanıb, daha iki nəfər isə yüngül xəsarət alıb.
Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
