Ev Hərbi Xəbərlər“Şahed” dronları müharibənin gedişini dəyişdi – yeni nəsil PUA-lar ortaya çıxır

“Şahed” dronları müharibənin gedişini dəyişdi – yeni nəsil PUA-lar ortaya çıxır

by Baş Redaktor
38 Baxış

Rusiya–Ukrayna müharibəsi “Shahed” tipli hücum dronlarını və onların Rusiya istehsalı olan “Geran-2” versiyalarını çoxfunksiyalı və daim dəyişdirilən platformalara çevirib.

Army.az xəbər verir ki, müharibə şəraitində bu dronlar müxtəlif tapşırıqlara uyğun olaraq modifikasiya edilir və onların texniki bazası daima yenilənir. Məqsəd həm istehsalda yerli komponentlərin payını artırmaq, həm də sanksiyalardan yayınmaq və Ukraynanın müdafiə sistemlərinə qarşı uyğunlaşmaqdır.

Eyni zamanda istifadə olunan platformaların çeşidi də genişlənir. Klassik “Shahed-136”, “Geran-2”, “Garpiya” modelləri ilə yanaşı, “Geran-3/4” kimi reaktiv mühərrikli versiyalar və tam fərqli konstruksiyaya malik yeni modellər də ortaya çıxıb.

Bunlara İran istehsalı “Shahed-107” və Rusiya tərəfindən hazırlanmış reaktiv “Geran-5” dronları daxildir.

banner

Əlaqəli Yazılar Xüsusi