Ermənistan Baş nazir Aparatı sərhəddə yerləşən Ciliza kəndinin demarkasiya prosesi çərçivəsində Gürcüstana veriləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin sözçüsü Nazeli Baqdasaryan açıqlama verib.
O bildirib ki, bəzi media orqanlarında Alaverdi icmasına daxil olan Ciliza kəndinin guya başqa bir dövlətə veriləcəyi ilə bağlı iddialar yayılıb, lakin bu məlumatlar həqiqəti əks etdirmir.
Sözçünün sözlərinə görə, Ermənistanın suveren ərazisinin hər hansı hissəsinin başqa ölkəyə verilməsi ilə bağlı heç bir niyyət, plan və ya razılaşma mövcud deyil.
