Ev Hərbi XəbərlərABŞ rəsmisi: ölkənin hipersəs raketlərə qarşı müdafiəsi yoxdur

ABŞ rəsmisi: ölkənin hipersəs raketlərə qarşı müdafiəsi yoxdur

by Baş Redaktor
20 Baxış

ABŞ Silahlı Qüvvələrinin hazırda hipersəs raketlər və inkişaf etmiş qanadlı raketlərə qarşı müdafiə imkanlarına malik olmadığı bildirilib.

Army.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Nazirliyinin kosmos siyasəti üzrə köməkçisi Mark Berkovitz məlumat verib.

Müzakirələr ABŞ-ın yeni nəsil raketdən müdafiə sistemi kimi nəzərdə tutulan Golden Dome layihəsi çərçivəsində aparılıb.

Berkovitz bildirib ki, hazırkı sistem yalnız məhdud imkanlara malik yerüstü müdafiə şəbəkəsindən ibarətdir və əsasən Şimali Koreya kimi məhdud miqyaslı qəfil hücumların qarşısını almaq üçün nəzərdə tutulub.

banner

O əlavə edib ki, ABŞ-ın ballistik raketlərə qarşı imkanları da məhduddur və hipersəs silahlar və inkişaf etmiş qanadlı raketlərə qarşı effektiv müdafiə sistemi mövcud deyil.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment