Banqladeş ilk nüvə elektrik stansiyasını istifadəyə verib.
Army.az xəbər verir ki, “Rosatom” şirkətinin iştirakı ilə inşa edilən Ruppur Nüvə Elektrik Stansiyası ölkənin ilk nüvə enerji obyekti kimi fəaliyyətə başlayıb.
“Rosatom” rəhbərliyi bu hadisəni Banqladeş üçün tarixi mərhələ kimi qiymətləndirib.
Layihə çərçivəsində reaktorun ilk blokuna nüvə yanacağının yüklənməsi əsas mərhələlərdən biri hesab olunur.
Bu mərhələdən sonra ilk elektrik enerjisinin Banqladeşin milli şəbəkəsinə ötürülməsi və stansiyanın rəsmi istismara başlaması gözlənilir.
