Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova Ukrayna rəhbərliyini münaqişəni uzatmaqda ittiham edib.
Army.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Kiyev hakimiyyəti sülhə maraq göstərmir və döyüş əməliyyatlarının davam etməsinə üstünlük verir.
Zaxarovanın sözlərinə görə, Ukraynada hərbi vəziyyətin və səfərbərliyin mütəmadi uzadılması bu siyasətin tərkib hissəsidir.
O həmçinin iddia edib ki, səfərbərlik prosesi getdikcə daha sərt və qeyri-insani üsullarla həyata keçirilir.
