Kreml Ermənistanda keçirilən seçkilərin yekun nəticələrinin açıqlanmasını gözləməyi üstün tutur və bundan sonra Baş nazir Nikol Paşinyanı təbrik edib-etməmək barədə qərar verəcək.
Army.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
O bildirib ki, Rusiya tərəfinə Ermənistanda seçki prosesi ilə bağlı müxtəlif iddialar və qanun pozuntuları haqqında çoxsaylı məlumatlar daxil olur.
Peskov əlavə edib ki, Moskva vəziyyəti diqqətlə izləyir və rəsmi nəticələr elan olunduqdan sonra mövqe açıqlanacaq.
