Ev DünyaKreml Paşinyanla görüşə hazırlaşmır – Peskovdan diqqətçəkən açıqlama

Kreml Paşinyanla görüşə hazırlaşmır – Peskovdan diqqətçəkən açıqlama

by Baş Redaktor
34 Baxış

Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mümkün görüşün təşkili istiqamətində hazırda heç bir hazırlıq aparılmır.

Army.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Ermənistanda keçirilən seçkilərin nəticələri ətrafında hələ də müzakirələr davam edir və bir sıra siyasi qüvvələr nəticələrə etiraz etməyə hazırlaşır.

Peskov qeyd edib ki, qarşıdakı dövrdə səslərin yenidən sayılması və digər prosedurların həyata keçirilməsi mümkündür. Buna görə də prosesin uzun və mürəkkəb xarakter daşıdığı bildirilir.

banner

“Hazırda Putin və Paşinyan arasında görüşlə bağlı heç bir hazırlıq işi aparılmır”, – deyə Kremlin nümayəndəsi vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi