28
Ermənistan hökuməti Livana humanitar yardım göndərilməsi barədə qərar qəbul edib.
Army.az xəbər verir ki, qərara əsasən, Ermənistan–Türkiyə sərhədində yerləşən “Marqara” keçid məntəqəsi 12–22 iyun tarixlərində humanitar yüklərin daşınması üçün müvəqqəti olaraq açılacaq.
Bildirilir ki, yardım Livan əhalisinə, o cümlədən İsrailin hücumları nəticəsində zərər çəkmiş erməni icmasının nümayəndələrinə də çatdırılacaq.