16
İyunun 12-nə keçən gecə Krım və Rusiyanın bir sıra bölgələri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumatlara görə, zərbələr nəticəsində enerji və sənaye obyektlərində yanğınlar baş verib. Bildirilir ki, hədəflər arasında istilik elektrik stansiyaları və kimya sənayesi müəssisələri də olub.
Hadisə Rusiyada dövlət bayramı – Rusiya Gününün qeyd olunduğu vaxta təsadüf edib.
