ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı problemin həlli üçün təklif olunan variantlardan birinə müsbət yanaşıb.
Army.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Məlumata görə, söhbət yüksək səviyyədə zənginləşdirilmiş uranın BMT müfəttişlərinin nəzarəti altında İran daxilində seyrəldilməsindən gedir.
Nəşrin həmsöhbətləri olan vasitəçi ölkələrdən birinin diplomatı və ABŞ rəsmisi bildiriblər ki, tərəflər arasında hazırlanan qarşılıqlı anlaşma memorandumu digər mühüm müddəaları da əhatə edir.
Məlumata əsasən, sənəddə Hörmüz boğazı üzərindən gəmiçiliyin dərhal bərpası, eləcə də İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması nəzərdə tutulur.
