Ev DünyaKaya Kallasla bağlı sərt ittiham: “Aİ-ni təcridə aparır”

Kaya Kallasla bağlı sərt ittiham: “Aİ-ni təcridə aparır”

by Baş Redaktor
23 Baxış

Kiprli jurnalist Aleks Xristoforou Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas barədə sərt fikirlər səsləndirib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

O, çıxışında bildirib ki, Kallasın Avropa İttifaqı rəsmilərinə ünvanladığı məktubda öz əhəmiyyətini dəfələrlə vurğulaması onun artan narahatlığının və çarəsizliyinin göstəricisi kimi görünür.

Xristoforu qeyd edib ki, Kallas Avropa diplomatiyasına fayda verdiyini iddia etsə də, onun fikrincə, Çin, Rusiya, ABŞ, Hindistan və qlobal Cənub ölkələrinin əksəriyyəti ilə qarşıdurma xətti bu bəyanatlarla ziddiyyət təşkil edir.

banner

Jurnalist həmçinin iddia edib ki, Avropa İttifaqının aparıcı ölkələri Kallasın fəaliyyətindən narazıdır.

Onun sözlərinə görə, bəzi siyasi dairələr Aİ diplomatiyasının rəhbərini kifayət qədər çevik mövqe nümayiş etdirməməkdə və xüsusilə Ukrayna münaqişəsinə yanaşmada kompromisə meylli olmamaqda tənqid edirlər.

Əlaqəli Yazılar Xüsusi