Rusiya “İskəndər-M” operativ-taktiki raket kompleksinin imkanlarını genişləndirmək istiqamətində modernizasiya işlərini davam etdirir.
Army.az xəbər verir ki, 2026-cı ilin yaz aylarına olan vəziyyətə əsasən, bu kompleks üçün ballistik raketlərin istehsal həcmi aylıq 60 ədədə çatıb.
Mütəxəssislər modernizasiyanın üç əsas istiqamət üzrə aparıldığını bildirirlər.
Bunlardan biri raketlərin müasir hava hücumundan müdafiə sistemlərinə, xüsusilə də MIM-104 Patriot komplekslərinə qarşı dayanıqlığının artırılmasıdır.
Digər istiqamət raketlərin uçuş məsafəsinin genişləndirilməsi, üçüncü istiqamət isə sanksiyalar şəraitində istehsal imkanlarının artırılması və davamlılığının təmin edilməsidir.
Təhlillərə görə, bu dəyişikliklər “İskəndər-M” kompleksinin döyüş potensialını daha da artırmağa yönəlib.
