Ev GündəmTürkiyədə silahlı hücum: 4 nəfər güllələndi

Türkiyədə silahlı hücum: 4 nəfər güllələndi

by Baş Redaktor
34 Baxış

Türkiyənin Hakkari vilayətində ağır cinayət hadisəsi baş verib.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yyaıb.

Məlumata görə, Şemdinli rayonunda hərbçi qayınatasının evinə gələrək ailə üzvlərinə silahlı hücum edib.

Hadisə nəticəsində onun həyat yoldaşı, qayınanası, qaynı və baldızı aldıqları güllə yaralarından hadisə yerində həyatını itirib.

banner

İlkin məlumatlara əsasən, 4 nəfəri qətlə yetirən şəxs daha sonra eyni silahla intihara cəhd edib və ağır yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Əlaqəli Yazılar Xüsusi