Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin beynəlxalq platformada görüş keçirmək təşəbbüsünə münasibət bildirib.
Army.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O qeyd edib ki, hazırda Moskva və Kiyev arasında rəsmi əlaqə kanalları fəaliyyət göstərmir. Bununla yanaşı, Kreml bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin tərəfindən mövqe və təkliflər dəfələrlə açıqlanıb.
Açıqlamada vurğulanıb ki, əgər Zelenski məsuliyyətli və ciddi danışıqlara hazırdırsa, Ukrayna tərəfi Moskvanın hansı məsələlərin müzakirəsini təklif etdiyini yaxşı bilir.
Kreml nümayəndələrinin sözlərinə görə, belə bir istək olacağı təqdirdə Zelenski Moskvaya gələ bilər və Rusiya tərəfi onu qəbul etməyə hazırdır.
