Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin danışıqların Moskvada keçirilməsi təklifini qəbul etməyib.
Army.az xəbər verir ki, bu barədə məlumatı “RBC-Ukrayna” Telegram kanalı yayıb.
Zelenski bildirib ki, mümkün görüş üçün daha neytral platformalar nəzərdən keçirilə bilər və bu sıraya İsveçrə, Türkiyə və ya Yaxın Şərq ölkələrindən biri daxil ola bilər.
Ukrayna lideri bundan əvvəl ABŞ Prezidenti Donald Tramp və digər Qərb tərəfdaşlarının iştirakı ilə G7 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə görüş təklifini də gündəmə gətirmişdi. Onun sözlərinə görə, belə bir format münaqişənin sülh yolu ilə həlli üçün daha əlverişli ola bilər.
