Ev Ekspert rəyi“Qəzza modeli”: Xersonda Rusiya mövqeləri ilə bağlı iddia

“Qəzza modeli”: Xersonda Rusiya mövqeləri ilə bağlı iddia

by Baş Redaktor
28 Baxış

Ukrayna ordusunun sözçüsü Vladislav Voloşin Ukrayna Silahlı Qüvvələrinin cənub istiqamətindəki əməliyyat vəziyyəti ilə bağlı açıqlama verib.

Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya qüvvələri işğal altında saxladıqları Xerson bölgəsində geniş yeraltı mövqelər və infrastruktur şəbəkəsi qurublar:

“Bu sistemlərin miqyası onlarla kilometr uzunluğa çata bilər. Ukraynanın cənub cəbhəsi hazırda ən aktiv döyüş bölgələrindən biri olaraq qalır və Rusiya qüvvələri Zaporojye və Dnepr istiqamətində irəliləmək niyyətindən imtina etməyib. Ukrayna Silahlı Qüvvələri son dövrlərdə işğal olunmuş ərazilərdə, o cümlədən Krım və cənub bölgələrində Rusiya logistika xətlərinə qarşı dron hücumlarını gücləndirib. Bu zərbələrin düşmənin təchizat imkanlarını çətinləşdirdiyi bildirilir”.

banner

Əlaqəli Yazılar Xüsusi