Ev Ekspert rəyiEkspert: Ermənistan Qafqazda Qərb forpostuna çevrilə bilər

Ekspert: Ermənistan Qafqazda Qərb forpostuna çevrilə bilər

by Baş Redaktor
32 Baxış

NATO ölkələri Ermənistanı Zaqafqaziya forpostuna çevirməyə çalışırlar.

Army.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Aleksandr Stepanov deyib.

Onun sözlərinə görə, bunu respublikada ABŞ, Fransa və Yunanıstan hərbçilərinin iştirakı ilə “Qartal Tərəfdaşlığı” hərbi təlimlərinin keçirilməsi, eləcə də respublikanın Qərb standartlarına uyğun olaraq yenidən təchiz edilməsi planları sübut edir:

“Ermənistan 1992-ci ildən Şimali Atlantika Alyansının təsir dairəsindədir, lakin hazırda tərəflər arasında hərbi-siyasi əməkdaşlıq zirvəyə çatıb.

banner

Bu, çox ciddi bir çağırışdır və bu prosesin əsas hərəkətverici qüvvələrinin, əlbəttə ki, ABŞ və Fransa olduğu göz qabağındadır. Fransa uzun müddətdir ki, Ermənistanla güc strukturları sahəsində əməkdaşlıq etdiyi və hərbi-texniki əməkdaşlığın, silah təchizatının inkişaf etdirilməsi variantlarını nəzərdən keçirdiyi üçün ayrıca siyasət yürüdür. Bundan əlavə, nüvə enerjisi sahəsində əməkdaşlıq çərçivəsində danışıqlar aparılır. Bu tendensiya Ermənistanın ittifaqda maksimum dərəcədə iştirakına və cənub istiqamətində və əslində bütün Zaqafqaziyada NATO forpostunun yaradılmasına yönəlib”, – deyə o bildirib.

Əlaqəli Yazılar Xüsusi