ABŞ Ukrayna ilə bağlı Alyaskada keçirilən sammitdə əldə olunan razılaşmalara münasibətini dəyişib, lakin Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək.
Army.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubionun son açıqlamaları Vaşinqtonun Alyaska sammitində əldə olunan əvvəlki razılaşmalara yanaşmasını dəyişdiyini göstərir.
“Bizim vicdanımız təmizdir. Necə deyərlər, söz verdik və sözümüzün üstündə dururuq. Biz hazır olduğumuzu demişdik”, – deyə Lavrov bildirib.
